Hazırlaşın, yeni virus gələcək
9-06-2022, 21:55

Bill Geyts koronavirus pandemiyası ilə bağlı yeni açıqlama verib. 
AZİNFORM.AZ xəbər verir ki, Nyu-Yorkda düzənlənən tədbirə qatılmış B.Geyts koronavirus sarıdan dünyanın şanslı olduğunu deyib: “Virus daha da ölümcül ola bilərdi. Dünya əhalisi bu baxımdan şanslıdır”. B.Geyts deyib ki, pandemiya dünya miqyasında 20 milyon, ABŞ-da isə bir milyona yaxın insan tələfatına səbəb oldu.
 Xoşbəxtlikdən, yoluxma sayına görə ölüm halları 0,2  faiz oldu.
Dünyada “COVİD-19”-dan ölüm statistikası rəsmi rəqəmlərdə 6,3 milyon nəfər qeyd edilir. Lakin ölüm sayının bundan daha çox olduğu, sadəcə, bütün faktların qeydiyyata alınmadığı bildirilir.
Dünya Səhiyyə Təşkilatı isə 2020 və 2021-ci ildə koronavirus pandemiyasından təxminən 14,9 milyon insanın öldüyünü açıqlayıb.
B.Geyts isə “koronavirus bizimlə “mülayim davrandı”, sonrakı pandemiyalar onun qədər mülayim olmaya bilər.
Viruslara güvənmək olmaz”, deyərək qarşıdakı illərdə də bənzər virusların yayılacağına, pandemiyalar olacağına işarə edib.
B.Geyts “bənzər virus olarsa, insan itkisi 5 qat artıq ola bilər”, söyləyib.
Və qarşıdakı 20 ildə başqa bir pandemiyanın başvermə ehtimalını 50 faizdən artıq dəyərləndirib.
Bununla B.Geytsin dünyaya “hazırlaşın, yeni virus gələcək”, proqnozu verdiyi ehtimal edilir.   




up