Bakıda mağazanın qarşısından motosikleti oğurladılar - ANBAAN VİDEO
9-06-2022, 15:42

Bakının Nəsimi rayonu ərazisində mağazaların birinin qarşısında motosiklet oğurlanıb.


AZİNFORM.AZ xəbər verir ki, bu barədə mağaza sahibi Çinarə Məmmədli baku.ws-ə bildirib.

Onun sözlərinə görə, iyunun 5-də saat 20:41-də naməlum şəxs Alı Mustafayev küçəsində yerləşən mağazanın qarşısında saxlanılan motosikleti  oğurlayıb.

“Motosikleti 2 il əvvəl 3800 AN-ə almışdım”, - deyə Çinarə xanım vurğulayıb.
Oğurluq müşahidə kamerasına düşüb. Görüntülərdən də aydın göründüyü kimi bir nəfər motosikleti oğurlayır.

Hadisədən sonra polisə məlumat verilib. Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsindən məsələ ilə maraqlanıblar. Xanım bölməyə dəvət olunub və onun izahatı alınıb.

Hazırda oğurluğu törədən şəxsin tapılması istiqamətində araşdırma aparılır.

Oğurluq hadisəsinin görüntülərini təqdim edirik:


AZİNFORM.AZ



up