Vasili Nebenzya BMT-də Şarl Mişelin çıxışı zamanı zalı tərk edib
6-06-2022, 22:22

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasının keçirldiyi iclası tərk edib.

AZİNFORM.AZ xəbər veri ki, o, Avropa Şurasının rəhbəri Şarl Mişelin çıxışı zamanı zalı tərk edib.

Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəliyi detalları dəqiqləşdirmədən bu faktı təsdiqləyib.

İclasda şəxsən iştirak edən Mişel Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərinə qarşı ittihamlar səsləndirib.

Daha əvvəl çıxışında Nebenzya özü belə ittihamları rədd etmişdi.







up