Üç ölkə hava sərhədlərini bağladı, Lavrov Serbiyaya gedə bilmir
5-06-2022, 22:00

Bolqarıstan, Şimali Makedoniya və Monteneqro öz hava məkanını Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün bağlayıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Serbiyanın “Veçerne Novosti” qəzeti məlumat yayıb.

Məlumata görə, nazirin iyunun 6-7-də Serbiyaya planlaşdırılan səfəri böyük sual altına düşüb.

Lakin bu, rəsmi Belqradın günahı ucbatından baş verməyib.





up