Cəlal Qurbanov itlərin hücumuna məruz qaldı - VİDEO
5-06-2022, 21:57

Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.

Yaxınlarının “Qafqazinfo”ya verdiyi xəbərə görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.

C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. 

Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.

AZİNFORM.AZ





up