Nəcməddin Sadıkovun keçmiş köməkçisi də QANDALLANDI
4-06-2022, 17:00

Mərkəzi Ordu İdman Klubunun məşhur sabiq rəhbəri Elxan Məcidov həbs edilib.
Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb.

Məhkəmənin 04.06.2022-ci il tarixli qərarına əsasən Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

AZİNFORM.AZ xəbər verir ki, musavat.com bu məlumatı məhkəmə qaynaqlarından əldə edib.

​Elxan Məcidovu istintaq orqanı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirir.

​Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.

​Musavat.com qeyd edir ki, Mərkəzi Ordu İdman Klubu (MOİK və ya el arasında “SK”) ictimaiyyət arasında məhz hərbi qulluqçuların pul müqabilində xidmətdən yayındığı, aylığa buraxıldığı hərbi hissə olaraq davamlı olaraq qınanıb.

Elxan Məcidovun əvvəllər keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində işlədiyi, daha sonra elə şəxsi münasibətlərinə görə də bu vəzifəyə təyin edildiyi məlumdur.





up