Xəstə əməliyyatdan sonra HƏKİMLƏRİ GÜLLƏLƏDİ
4-06-2022, 11:45

ABŞ-ın Oklahoma ştatındakı Sent-Fransis xəstəxanasında silahlı insident baş verib.

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı Maykl Lyuis əməliyyat olunduqdan sonra ağrılarının keçməməsi səbəbindən odlu silahla cərrah da daxil olmaqla 5 nəfəri atış açaraq öldürüb.

Hadisə nəticəsində həkimdən savayı daha 2 tibb işçisi, klinikanın administratoru və həyat yoldaşını ziyarətə gələn qonaq dünyasını dəyişib.

Polis daxil olan zəngdən 3 dəqiqə sonra hadisə yerinə gəlsə də, 5 dəqiqə sonra təcavüzkar intihar edib.

Xəstənin cibindən məktub tapılıb. Məktubda o, şiddətli ağrılar səbəbindən həkimindən qisas aldığını yazıb.

"Dəfələrlə cərrahı çağırdım və ağrılarımın yenə də olduğundan şikayətləndim. Daha sonra qisas almaq qərarına gəldim, odlu silah alıb və tibb müəssisəsinə yollandım. Niyyəti yoluma çıxan hər kəsi öldürmək idi", - məktubda bildirilir. /lent.az/

AZİNFORM.AZ





up