Özündən 11 yaş böyük qardaşını ölümcül hala saldı
4-06-2022, 11:00

Xaçmazda bıçaqlanma hadisəsi olub.

AZİNFORM.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, rayonun İstisu qəsəbəsində 1971-ci il təvəllüdlü Bəxtiyar Xalıqov münaqişə zəminində qardaşı Ramiz Xalıqovu bıçaqlayıb. O, özündən 11 yaş böyük olan qardaşının döş qəfəsinə ağır xəsarət yetirib.

Hadisəni törədən B.Xalıqov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.





up