“RİA Novosti” Azərbaycanda bloklandı – FOTO
4-06-2022, 00:22

Rusiyanın “RİA Novosti” xəbər agentiliyi Azərbaycan Respublikasında bloklanıb.

Ölkə ərazisində sözügedən agentliyin saytına girmək mümkün deyil.

Zaman-zaman Azərbaycana qarşı qərəzli informasiyalar və təxribat xarakterli məlumatların yayımlandığı agentlikdə bu gün bu səpkidə daha bir neçə xəbər çap edilib.

Qeyd edək ki, saytın bloklanmasının səbəblərindən biri kimi qondarma, mövcud olmayan “DQR”lə bağlı xəbərlərin yayılması ehtimal olunur.

 

 





up