Manaf Ağayev dillərə dastan olan “Maybach”ı ilə yenə qayda pozdu - ANBAAN VİDEO
3-06-2022, 18:00

Müğənni Manaf Ağayev “Mercedes-Maybach” markalı lüks avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

AZİNFORM.AZ oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

M.Ağayev idarə etdiyi 10-BU-100 dövlət nömrə nişanlı avtomobil 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı həyata keçirib. 

O, bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. 

Qeyd edək ki, bu qayda pozuntusuna görə “Yol hərəkəti” haqqında qanuna əsasən, sürücüyə 4 bal və 100 manat məbləğində cərimə tətbiq edilir.

Xatırladaq ki, M.Ağayev bundan əvvəl Füzuli rayonunun işğaldan azad edilmiş ərazisinə qanunsuz səfər etdiyinə görə 15 sutka inzibati həbs cəzası alıb.

Qayda pozuntusunun əks olunduğu görüntüləri təqdim edirik:


AZİNFORM.AZ



up