Rusiya buna görə təzminat tələb edəcək
2-06-2022, 19:00

Rusiya ölkədə ləğv edilən beynəlxalq yarışlara görə təzminat tələb edəcək.

 AZİNFORM.AZ xəbər verir ki, bunu Rusiyanın idman naziri Oleq Matıtsin deyib.

“Biz beynəlxalq idman ictimaiyyəti ilə qarşılıqlı fəaliyyətimizin ən çətin dövrlərindən birini yaşayırıq. BOK-un tövsiyələri və beynəlxalq federasiyaların qərarları, bizim fikrimizcə, adekvat deyil və siyasiləşib. Müqavilələrə xitam verildikdən sonra biz qarşıya vəzifə qoymuşuq ki, pulun qaytarılması və ya kompensasiyası təmin olunsun. Kompensasiyanın yekun məbləğinə qeydiyyat haqları, tikinti xərcləri və s. daxildir”, - o bildirib.

Matıtsin qeyd edib ki, ləğv edilən yarışlar arasında gələn il Omsk və Novosibirskdə keçirilməli olan gənclər arasında buzüstü xokkey üzrə dünya çempionatı, futbol üzrə Çempionlar liqasının finalı - 2022, voleybol üzrə kişilər arasında dünya çempionatı - 2022 və xokkey üzrə əsas dünya çempionatı - 2023, eləcə də Formula-1 Qran Prisi, Ümumdünya Şahmat Olimpiadası və digər beynəlxalq yarışlar daxildir.





up