Gəncə Səhiyyəsinin BİZNESMEN HƏKİMİ... - Xəstələri qazanc mənbəyinə çevirib
1-06-2022, 22:48

Son bir neçə aydır ki, redaksiyamıza Gəncə Şəhərinin Səhiyyə müəssisələrində baş alıb gedən rüşvətxorluq hallarının çoxalması haqda silsilə məlumatlar daxil olmaqdadır.

AZİNFORM.AZ xəbər verir ki,  əlilliyin təyin edilməsi ilə bağlı Qeydiyyat üzrə poliklinikalardan Tibbi Sosial Ekspert Komissiyasına forma 88-in göndərilməsi eləcə də sağlamlıq arayışlarının verilməsini şöbə müdiri tərəfindən qazanc mənbəyinə çevirildiyi qeyd edilir.
Yuxarıda qeyd etdiklərimiz bu qara-qura biznesə Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının nəzdində fəaliyyət göstərən polkilinka şöbəsinin şöbə müdiri Abuzər Mustafayev tərəfindən rəhbərlik etdiyi bildirilir.

Şöbə müdiri vəzifə salahiyyətlərindən sui-istifadə etməklə şəhər sakinlərinə sağlamlıq arayışlarının əldə edilməsi , imtiyazlı quruplara dərman pereparatlarının verilməsində eləcə də Qeydiyyat üzrə poliklinikadan Tibbi Sosial Ekspert Komissiyasına forma 88 göndərilməsində “möcüzəvi qaydalar”ın tətbiq edib.

Yəni, sağlamlıq arayışının alınması üçün hər kəs ilk əvvəl “TƏBİB”in nümayəndəsinə yaxınlaşmalı və bu yöndə məqsədini ona çatdırmalıdır. O, halda sağlamlıq arayışı almaq istəyən şəxsə hansısa forma (nümunə) verirlər və həmin şəxsi şöbə müdiri vəzifəsini daşıyan Abuzər həkimin iş otağına göndərirlər. Əslində belə bir arayışı almaq istəyən şəxs təqribən 6 iş otağında olmalı və bütün otaqlarda həmin şəxsin sağlamlıq durumunun göstəricisi müəyyən olunmalıdır.

Kim bu yöndə niyyətini tez-tələsik “çin etmək” istəyirsə, o halda hər otağa ən azından 5 manat “rüsum” ödəməli olur. Elə ki, şəxs Abuzər Mustafayevin yanında olur, o halda o, “Elza, get bunları təsdiq etdir də gətir”- deyə tapşırığını verir. Çox keçmir ki, şəxsin hər otağa ödədiyi “rüsum”un qarşılığında işləri qaydaya salınır, daha sonda isə, həmin şəxs “Bosfor boğazı”ndan, yəni Abuzər həkimin “bığının altından” keçməli olur və ən azından ona da 5 AZN “rüsum” ödəyir.

Amma əlliyə görə xəstəlik epiqirizlərinin TSEK-ə göndərilməsində Abuzər Mustafayevin daha bir qazanc mənbəyi var.

Son illər kütləvi şəkildə saxta əliliyə görə pensiyaları kəsilmiş şəxslərin təkrar sitemə vurulması 300 manat, 2-ci Vətən Müharivəsində Qazi olmuş şəxslərə görə 100-200 manat civarında “taksa” qiymətləri tətbiq edilib.

Bu yöndə baş verənlər onu sübut edir ki, hal-hazırda Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının polkilinka şöbəsində hər cür əyintilər, həddi-hüdudu bilinməyən qanunsuzluqlar və s. baş alıb getməkdədir. Bu da kollektiv üzvləri üçün, sanki adi hallardan biri hesab olunur. Deməli, bu cür abu-havanın varlığını aradan qaldırmağa görə, məhz “qara maskalılar”ın bu səhiyyə müəssisəsinə “baş çəkmələri”nə lazımi ehtiyac duyulur. 

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq. /dünyanınsəsi.az/






up