Ölkələrin orta aylıq əməkhaqqı üzrə reytinqi – Azərbaycan neçənci yerdədir?
31-05-2022, 23:00

Dünya ölkələrinin orta aylıq əməkhaqqı üzrə reytinqi açıqlanıb.

AZİNFORM.AZ xəbər verir ki, ən yüksək əməkhaqqı İsveçrə, Sinqapur və Avstraliyadadır.

MDB ölkələri arasında Rusiya (884.14 ABŞ dolları), Ukrayna (515.66 ABŞ dolları) və Ermənistan (420.68 ABŞ dolları) irəlidədir. Onlardan fərqli olaraq, Moldova (387.9 ABŞ dolları), Belarus (363.76 ABŞ dolları), Azərbaycan (323.44 ABŞ dolları) və Özbəkistan (277.73 ABŞ dolları) aşağı sıralardadır.

 AZİNFORM.AZ





up