Kadırov yenə hədələdi: "6 saniyəyə sizə göstərərik"
27-05-2022, 13:25

Ukraynada müharibə başlayandan bəri Rusiya və Putinin ən böyük dəstəkçisi olan Çeçenistan lideri Ramzan Kadırov bu dəfə qan donduran sözlərlə başqa bir ölkəni hədələyib.

Kadırov Ukraynaya verdiyi qətiyyətli dəstəyinə cavab olaraq Polşanı bu ölkəyə hərbi hücuma keçməklə hədələyib.
Kadırov Polşanı hədələyərək “Ukrayna məsələsi bitəndə 6 saniyədə sizə nə edə biləcəyimizi göstərə bilərik” -deyib.

Kadırov fəallara və Polşaya xəbərdarlıq edib: 
"Silahlarınızı və muzdlularınızı götürüb səfirimizdən rəsmi şəkildə üzr istəsəniz yaxşı olar" -, deyə o bildirib.

Qeyd edək ki, R.Kadırov tez-tez Ukraynaya dəstək verən ölkələrə qarşı hədə dolu çıxışları ilə gündəmə gəlir. /ölkə.az/

AZİNFORM.AZ





up