Gəncədə yaşayış binasında partlayış, ölən var
26-05-2022, 09:00

Gəncə şəhərində beş mərtəbəli binada yanğın olub.

AZİNFORM.AZ-ın "report"a istinadən məlumatına görə, yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.

Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun cəsədi aşkarlanıb.

Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9,  mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.





up