Elnarə Vindzor qəsrində - VİDEO
18-05-2022, 11:11

Müğənni Elnarə Xəlilova İngiltərəyə yollanıb.

Müğənni orada keçirilən tədbirdə yer alıb. Xəlilova görüntülərini sosial şəbəkədə yayımlayaraq bunları yazıb:

"Vindzor Kral Atçılıq Şousu"nun birinci günündə Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub. ​12 may 2022-ci il tarixdə Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi "Kral Atçılıq Şousu" çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı baş tutub.
Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 baş Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb. ​5000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik "Odlar yurdu" tamaşasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib".

Elnarəni səfər zamanı həyat yoldaşı Rövşən Cahangirov da tək qoymayıb. Sənətçi orada həyat yoldaşının dəstəyi ilə klip də çəkdirdiyini vurğulayıb. /axşam.az/



AZİNFORM.AZ



up