“Euronews” Şuşada keçirilmiş musiqi festivalına reportaj həsr edib – VİDEO
17-05-2022, 22:16

“Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada “Xarıbülbül” adlı V Beynəlxalq Folklor Festivalı keçirilib”.

Bu barədə “Euronews”un hazırladığı reportajda qeyd edilir.

Bildirilir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən musiqiçilər və rəqs qrupları, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor qrupları iştirak ediblər.

Tədbir may ayında, Qarabağ bölgəsinin “rəsmi çiçəyi” kimi tanınan xarıbülbülün çiçəkləmə dövründə təşkil edilib.


AZİNFORM.AZ



up