DİM-dən sənəd qəbulu ilə bağlı MƏLUMAT
17-05-2022, 20:00

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün sənəd qəbulunun müddəti 18 may saat 10:00-dək uzadılıb.


AZİNFORM.AZ xəbər verir ki, DİM-dən verilən məlumata görə, bu gün saat 18:32-yə olan məlumata görə, 20618 bakalavr artıq ərizəsini təsdiq edib.

Onlardan 18 921-si Azərbaycan, 1697-si isə rus bölməsi üzrə təhsil alanlardır.

Qeyd edək ki, sənəd qəbulunun müddəti bu gün 23:59-da başa çatmalı idi.





up