Bakıda qalib gələn ukraynalı atlet Rusiya telekanalına müsahibədən imtina etdi — VİDEO
15-05-2022, 22:11

Heydər Əliyev Fondunun 5-ci dəfə “Küləyə qalib gəl” şüarı ilə təşkil etdiyi “Bakı Marafonu-2022”nin qadınlar kateqoriyasında qalibi Valentina Veretskaya yarışdan sonra diqqət mərkəzinə düşüb.

O, Azərbaycan telekanallarına təmsil etdiyi ölkə kürəyində Ukrayna bayrağı müsahibə verib.

Lakin o, ölkəmizdə fəaliyyət göstərən Rusiyanın “Mir” telekanalına müsahibə verməkdən imtina edib. Kanalın müxbiri müsahibəyə nə qədər cəhd etsə də, onu fikrindən daşındırmaq mümkün olmayıb.

Qeyd edək ki, Valentina Veretskaya Ukraynanın Zaporojye şəhərindəndir və peşəkar marafon atletidir. /oxu.az/


AZİNFORM.AZ



up