Qarabağda itkin düşən Rusiya vətəndaşının cəsədi tapıldı
14-05-2022, 18:56
Azinform.Az - Azerbaycanin informasiya Merkezi
Qarabağda itkin düşən Xankəndidə yaşayan Rusiya vətəndaşı Olqa Sannikovanın cəsədi tapılıb.
Məlumata görə, cəsəd keçirilən axtarış tədbirləri nəticəsində bu gün saat 12:30 radələrində Qarqar çayından tapılıb.
Qeyd edək ki, Rusiya vətəndaşı Olqa Sannikovanın mayın 9-da Qarqar çayının sahilində itkin düşməsi ilə bağlı xəbər yayılmışdı.
AZİNFORM.AZ




up