Bakıdakı aksiya ilə Mənsimovun fikirləri arasında oxşar tezislər — ŞƏRH
14-05-2022, 16:41

Məntiqlə yanaşsaq, adətən ölkədə keçirilən aksiyalar sosial problemlərlə bağlı olmalıdır. Bu, bütün ölkələrdə belədir. Sosial tələblər siyasi şüarların alt bazasını təşkil etməlidir. Ancaq Azərbaycanda fərqli situasiya müşahidə olunur. 

Maraqlıdır ki, Azərbaycanda keçirilən aksiyaların sosial tələblərlə bağlı keçiriləcəyi əvvəlcədən iddia olunsa da, daha sonra başqa mənzərənin şahidi oluruq.

Ciddi nüanslar: 

- Aksiyalar məqsədli şəkildə siyasi sistemə qarşı yönləndirilir. Bir az da dəqiq ifadə etsək, Azərbaycan dövlətinin "mafiya", "kriminal" imici yaradılır. Bu günkü aksiyada Azərbaycan dövlətini "mafiya" adlandırırdılar.

- Mübariz Mənsimovun sonuncu və qalmaqallı müsahibəsində çatdırmaq istədiyi əsas tezis var idi və o bunu məqsədli şəkildə etdi. O, ağılsız adam deyil və belə bir mesaj vermək istəyirdi: "İlham Əliyevin bütün məmur heyəti, ətrafı və iri ranqlı məmurlar kriminal-mafiya qrupları ilə əlbirdir, işbirliyindədir...". 

İndi sual olunur, bu iki faktor təsadüf ola bilərmi? Təbii ki, xeyr! 

Dövlətin sağlam və ideoloji dayaqlarını narahat edən məsələ də budur: Azərbaycanın ərazi bütövlüyünü təmin edən Dövlət başçısı İ.Əliyev ən incə şriftlərlə hədəfə alınır. Və dövlətin mafiya obrazı yaradılır...

- 10 yaşlı Nərmini zorlamaqda ittiham olunan İlkin Süleymanovun ailə üzvləri də bu günkü aksiyada iştirak edib. Onun valideynlərini hansı qüvvələr inandırıblar ki, sənin oğlunun məhkəməsini işıqlandıran jurnalist Aytən Məmmədova məhz bu işə görə ölümlə təhdid olunub və boğazına bıçaq dirəyiblər!? Ölkədə minlərlə zorlama və işgəncəli qətllər olub. Bəs bunların hansı İlkin Süleymanovun işi qədər siyasi rəng alıb? Heç biri! O zaman İ.Süleymanovla bağlı məsələnin illərdir davam etməsi düşündürücüdür. 

- Dünyanın nəhəng və etibarlı beyin mərkəzlərinin gəldiyi yekun qənaət budur: LGTB bayrağının davamlı qaldırıldığı ölkələr Qərbin xüsusi xidmət orqanlarının "nəzər nöqtəsi"nə daxildir və bu işə milyonlarla qrant ayrılır. /demokrat.az/



AZİNFORM.AZ





up