“İstanbulda göylər də Tanrı oğlu türkə baş əyir” - Tahir Kərimli
14-05-2022, 12:12

"İstanbulda göylər də Tanrı oğlu türkə baş əyir, canım sənə fəda olsun, Azərbaycan”.
Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli deyib. 
O, özünün "Facebook” səhifəsində video paylaşaraq bu sözləri deyib:
"Bu gün türk dünyasının başkəndi İstanbuldayam. Burada göylər də Tanrı olub türkə baş əyir. Azərbaycan yurduma salamlar diləyirəm. Duamız və davamız Azərbaycan üçündür. Canım sənə fəda olsun, Azərbaycan! Nə qədər yaşayırıq, dünyanın ən gözəli ismətli qadınlarımız, mərd kişilərimiz, müdrik ağsaqqallarımız olan Azərbaycan, torpağına fəda olum. İnsanlarına fəda olum. Bizim Azərbaycanımız, ümumtürk dünyasının bir yavrusu, olduqca gözəl ölkəmiz, qəlbimizin riqqəti onunladır. Biz səni hədsiz sevirik, Azərbaycan. İnşallah, görüşənədək”.
AZİNFORM.AZ




up