Sevgilisini öldürən yaşlı kişi qəbir qazarkən can verdi
12-05-2022, 21:00

ABŞ-da dəhşətli olay baş verib.

ABŞ-ın Cənubi Karolina ştatında 60 yaşlı kişi aralarında düşən mübahisə zamanı sevgilisini boğaraq öldürüb.

Onu basdırmaq üçün qəbir qazmağa başlayan kişi də dünyasını dəyişib.

Əraziyə gələn polislər onun ürək tutmasından öldüyünü müəyyən ediblər.  /demokrat.az/


       AZİNFORM.AZ





up