"Əgər Ukrayna NATO-ya daxil olsaydı..."— Zelenski
11-05-2022, 22:22

Ukrayna NATO-ya qəbul edilsəydi, müharibə olmazdı. 

AZİNFORM.AZ "Ukrinform"a istinadən bildirir ki,  bunu Ukrayna Prezident Volodimir Zelenski Fransa universitetlərinin tələbələri ilə keçirilən videokonfrans zamanı deyib. 

"Təəssüf ki, NATO-nun müharibədən əvvəlki alyansda Ukraynaya yer tapmaması səhvdir. Əgər Ukrayna NATO-ya daxil olsaydı, müharibə olmazdı”, - deyə o bildirib. 

İsveç və Finlandiyanın NATO-ya üzv olmaq niyyətinə gəlincə, Zelenski öz seçimlərini etdiklərini və Rusiyanın onları NATO-ya üzv olmağa sövq etdiyini
deyib: 

“Məncə, İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsi ilə motivasiya edilib”. 

Zelenski vurğulayıb ki, bu gün sivil ölkələr təhlükəsiz yaşamaq və Rusiyadan qorunmaq istəyirlər. /demokrat,az/


   AZİNFORM.AZ





DİGƏR XƏBƏRLƏR
up