Azərbaycanın vəsaiti hesabına tikilən universitet Rusiyada sahibsiz qalıb - VİDEO
18-05-2022, 03:09
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət əməlləri barədə  saytımızda bir neçə yazılar daha öncə yazmışdıq. 

AZİNFORM.AZ saytının araşdırlamalarına əsasən sizə növbəti faktları təqdim edirik:

Keçmiş ABU-nun keçmiş rektoru Rusiya vətəndaşı olduğunu mətbuatda gedən yazılarda açıq aşkar bildirildiyinə görə ictimayyətin artıq gizli bir məlumat deyil. Minlərlə tələbənin pulları hesabına orada özünə mal-mülk alaraq Elşad Abdullayev qanuna zidd əməllərini məhz bu vətəndaşlıq hesabına sürətlə həyata keçirə bilib. 

Fəaliyyəti dayandırılmış ABU-nun Moskva filialının yerləşdiyi ərazinin ümumi sahəsi bir hektardan çoxdur, tədris korpusunun sahəsi isə 15 sotdur. Bundan əlavə, ABU-nun Moskva filialının yaxınlığında yataqxana da mövcuddur.

Sözügedən filial 2007-ci ildən 2010-cu ilə qədər kaçmiş təhsil naziri Misir Mərdonovun rəsmi məktubu əsasında yaradılıb və filialın yerləşdiyi ərazi Elşad Abdullayevin adına rəsmiləşdirilib. Daha sonra bu universitet binasını ermənilərə 60 milyona satmaq da istədiyi gizli bir məqam deyil. 

Daxil olan məlumata əsasən, ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi istisnadır. O baxımdan, Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib. 

Azinform.az xəbər verir ki, bu günə qədər tələbələrin nə pulları nə diplomu verilməyib. Elşad Abdullayevin beynəlxalq axtarış statusu ləğv edilib. Bir növ "unudulmuş" şəkildə   Fransada hələ də azad yaşayır. 

Sonda qeyd etmək istərdik ki, biz dövlətimizə inanırıq. İnanırıq ki, Elşad Abdullayev Azərbaycana gətiriləcək. O, qanun qarşısında cavab verəcək və layiqli cəzasını alacaq.

Elşad Abdullayevin qeyri-qanuni tələbə qəbulu, habelə müxtəlif bəhanələrlə tələbələrdən yığdığı külli miqdarda vəsaitlər, diplomsuz olaraq illərini heç etdiyi tələbələrin illik haqları ilə xaricdə milyonlara sahibdir






up