SON DƏQİQƏ! Goranboyda iş adamı arvadını maşınla əzib, bıçaqla öldürdü - ŞOK TƏFƏRRÜAT
25-03-2022, 18:20
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Goranboyda arvadını maşınla əzib daha sonra bıçaqla öldürən iş adamı Mehman Süleymanovun qətli nəyə görə törətdiyi ilə bağlı təfərrüat məlum olub.

AZİNFORM.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə uşaq üstündə baş verib. Belə ki, cütlüyün birgə nikahdan iki oğlu, bir qızı var. 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan ayrılıb, lakin rəsmi boşanmayıb. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı qaldıqları müddətdə M.Süleymanov bir neçə dəfə həmin kəndə gələrək uşaqları ilə görüşüb.

Məlumata görə, M.Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Ə.Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib.

Martın 23-də M.Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib. Martın 24-də M.Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Ə.Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil M.Süleymanovla rastlaşıb. M.Süleymanov ondan uşaqlarının yerini soruşanda Ə.Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb. Qadın M.Süleymanovdan ayrılaraq qaçmağa başlayıb. M.Süleymanov isə dərhal idarə etdiyi "Land Rover" markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Ə.Məmmədova ağır xəsarətlər alsa da, M.Süleymanov bununla sakitləşməyib. O avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib.

Məlumata görə, hadisəni törədən M.Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mehmanın Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət obyektləri var.





up