Azərbaycan - Gürcüstan sərhədində sıxlıq – VİDEO
10-05-2022, 22:59

Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən Gürcüstandan Azərbaycana yükdaşımalarının sayı kəskin artıb.


"Ölkə.az" xəbər verir ki, yük maşınlarının gözlənilmədən artması isə sərhəd keçid məntəqəsində böyük növbələrin yaranmasına səbəb olub.

Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolduğundan sürücülər günlərdir növbədə gözləyir.

Ərzaq məhsulları ilə dolu olan yük maşınlarının sürücüləri isə daşıdıqları məhsulun xarab olacağından narahatdırlar.

Daha ətraflı Baku TV-nin süjetində:






up