Zelenski Avropa Şurasının baş katibi ilə görüşdü
9-05-2022, 22:48

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.
 
AZİNFORM.AZ xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
 
Zelenski səfərə görə Peyçinoviç-Buriçə təşəkkür edib. Tərəflər arasında Avropa Şurasının Ukraynaya dəstək verməsinin konkret yolları müzakirə edilib.
 
Dövlət başçısı Avropa Şurasını Rusiyanın Ukrayna vətəndaşlarının müvəqqəti işğal olunmuş rayonlardan və müharibə zonalarından qeyri-qanuni deportasiyasını dayandırmaq, habelə digər beynəlxalq tərəfdaşlarla birlikdə ukraynalıların Rusiyadan çıxarılmasını təmin etmək üçün mümkün olan bütün səyləri göstərməyə çağırıb.




up