Avstriyada qatar qəzası baş verdi - Ölənlər və yaralananlar var
9-05-2022, 22:10

Avstriyanın şimal-şərqindəki Mödlinq rayonunda qatar relsdən çıxaraq qəzaya uğrayıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Avstriyanın “Kronen Zeitung” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 15 nəfər ağır yaralanıb.

Qəzanın səbəbləri açıqlanmır.

Xilasedicilər və Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları hadisə yerində işləyirlər.





DİGƏR XƏBƏRLƏR
up