Bakıda səmada görünən işıq nədir? - VİDEO
8-05-2022, 23:10

Sosial şəbəkədə Bakıda yanğın olduğunu əks etdirən görüntülər yayılıb.

AZİNFORM.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu, yanğın deyil.

Səngəçal terminalında və platformalarda elektrik təchizatında yaranan nasazlıqla bağlı qalıq qazlar fakelə ötürülərək yandırılır.

Bakının müxtəlif ərazilərində görünən nəhəng işıq da məhz bundan qaynaqlanır.







up