Cill Bayden Ukraynaya gizli səfərinin məqsədini açıqlayıb
8-05-2022, 20:00

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynaya səfərinin məqsədini açıqlayıb.

AZİNFORM.AZ xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib.

“Bu Analar Günündə mən ukraynalı anaların və onların uşaqlarının yanında olmaq istədim.

Son bir neçə ay ərzində həddən artıq çox ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb və onlar öz yaxınlarından uzaq düşməyə məcbur olub”, – C.Bayden bildirib.





up