Damla oğlunun xərclədiyi pullardan danışdı: "Deyirəm ki, bu qədər saf olma" - VİDEO
7-05-2022, 23:37

"Oğlum həyatında "Damlanın oğlu" ilə başlayan bütün cümlələri hər zaman təxirə salıb. Niyə bilsinlər və tanısınlar ki, o, Damlanın oğludur. Rahat olmaq, dostları kimi avtobusa, metroya minmək istəyir. Oğlum kompleksli yaşamağı sevmir".

Bu sözləri müğənni Damla (Məsumə Məmmədova) oğlu İbrahimlə qonaq olduğu "7 canlı" axşam şousunda deyib. 

Sənətçi oğlu İbrahimin sadə həyat tərzinə üstünlük verdiyini və bədxərc olmadığını dilə gətirib.

"Damlanın oğlu olduğu üçün məcbur deyil ki, bahalı geyinməlidir, pulu çox xərcləməlidir. İbrahim belə xasiyyətdə uşaq deyil. Əksinə, o, çox sadədir. Bəzən onu nəsə almağa göndərəndə, pulun qalığına kimi gətirir. Ona deyirəm ki, İbrahim bu qədər saf olma".






DİGƏR XƏBƏRLƏR
up