Çində binanın çökməsi nəticəsində ölənlərin sayı artıb
6-05-2022, 23:35

Çinin mərkəzindəki Çanşa şəhərində altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 53-ə çatıb.

AZİNFORM.AZ xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi "Şinxua"nın verdiyi xəbərə görə, aprelin 29-da uçan binanın dağıntıları altında bir həftədir davam edən xilasetmə işlərində indiyədək 26 nəfərin cansız cəsədi tapılıb.

Dünən gecə saatlarında binanın dağılmasından 132 saat sonra bir nəfər xilas edilib.

Xilas edilən qadın dağıntılar altından xilas edilən 10-cu şəxs olub.

Xilas edilənlərin səhhətinin yaxşı olduğu, axtarış-xilasetmə işlərinin davam etdirildiyi açıqlanıb.

Aralarında bina sahibinin də olduğu 9 nəfər binanın uçmasına görə məsuliyyət daşıdıqları səbəbilə həbs edilib.

 





up