Bayden Ukrayna üçün lend-liz qanununu imzalayacaq
6-05-2022, 23:24

Mayın 9-da ABŞ prezidenti Co Bayden Ukrayna üçün lend-liz qanununu imzalayacaq.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb.

Qanun Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirəcək. Sənəd ABŞ Prezidentinə Ukraynaya silah göndərmək, eləcə də digər məqsədlər üçün daha geniş səlahiyyətlər verəcək.

Sonuncu dəfə lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan silah və digər hərbi vasitələr ABŞ-ın müttəfiqlərinə göndərilib.





up