Güclü külək Bakıda fəsad TÖRƏTDİ - Dayanacaq AŞDI
6-05-2022, 23:04

Bakıda güclü külək dayanacağı aşırıb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, avtobus dayanacağı küləyə davam gətirməyərək aşıb. Xəsarət alanlar barədə məlumat yoxdur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək. Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir.





up