Keçmiş müdafiə naziri: “Tramp raket atmağı təklif etdi”
6-05-2022, 22:59

ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper iddia edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp narkotik laboratoriyalarını məhv etmək üçün Meksikaya raket atmağı təklif edib.

AZİNFORM.AZ-ın xarici mediaya istinadən məlumatına görə, keçmiş müdafiə naziri Trampın 2020-ci ildə onunla ən azı iki dəfə görüşdüyünü və Meksikada narkotik laboratoriyaları və dəstələri məhv etmək üçün raket zərbəsi endirməyi təklif etdiyini iddia edib.

Esper bidirib ki, o, təklifə etiraz edəndə Tramp “Heç kim bilmədən bir neçə Patriot raketi atacağıq və laboratoriyaları məhv edəcəyik. Heç kim bunu bizim etdiyimizi bilməyəcək” deyib.





up