Conson və Zelenski Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər
5-05-2022, 23:52

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə iki siyasətçi arasında telefon danışığından sonra Böyük Britaniya hökuməti başçısı ofisinin yaydığı məlumatda deyilir.

“Liderlər döyüş meydanında baş verənləri və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını, o cümlədən dinc əhalinin bombalanmasının qarşısını almaq üçün daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər”, – kommünikedə deyilir.

Conson və Zelenski, həmçinin günahkarların məcburi qaydada məsuliyyətə cəlb edilməsi ilə Ukraynada baş verən hadisələrlə bağlı beynəlxalq təhqiqatın aparılmasının zəruriliyini vurğulayıblar.





DİGƏR XƏBƏRLƏR
up