Ukraynada daha bir insanlıq faciəsi: Uşaq mina ilə birlikdə ölmüş ananın cəsədinə bağlandı
1-05-2022, 23:24
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Ukraynanın rus qoşunlarından azad edilən şəhərlərindən birində rus hərbçiləri bir qadını öldürüb, uşağı ananın cəsədinə bağlayıb və onların arasına mina qoyulub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə jurnalist Viktor Şlinçak Facebook səhifəsində bildirib.

O, bu əhvalatı müdafiə naziri Aleksey Reznikovdan öyrəndiyini yazıb. “Mən düşünürdüm ki, Buça və Mariupoldakı dəhşətli hekayələrdən sonra Putin ordusunun vəhşi üsulları ilə məni təəccübləndirmək artıq çətin idi. Amma bu gün keçirilən iclasda müdafiə naziri Aleksey Reznikov azad edilmiş şəhərin inanılmaz dərəcədə dəhşətli hekayəsini danışıb. Gənc ana öldürülüldü və ona canlı uşaq bağlandı və uşaqla meyitin arasına mina bağlandı. Açılan zaman mina partladı”, - Şlinçak yazıb.





up